Yuxarı

Yavlinski Putinə təklif verdi: Danışıqları mən aparım!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yabloko Partiyasının təsisçisi Qriqori Yavlinski noyabrda Prezident Vladimir Putinlə gözüşü zamanı Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə Yavlinski RBK kanalına müsahibəsində deyib.

“Mən ancaq Rusiyanı təmsil edə bilərəm, başqalarının adından danışa bilmərəm. Amma bəli, namizədliyimi irəli sürdüm. Mən Çeçenistanda, sonra Dubrovkada vasitəçi olmuşam. Bu, kədərli bir şeydir, amma atəşkəsə doğru addım atmaq lazım gələrsə, mən hazıram”, - Yavlinski bildirib.

Onun sözlərinə görə, Putinlə söhbəti zamanı atəşkəsin tezliklə təmin olunmasını müzakirə edib:

“Mən öz arqumentlərimi təqdim etdim, amma prezident onlara cavab vermədi. Sual açıq qalır. Amma prezident çox ciddi dəqiqləşdirici suallar verdi. Bu, çox dərin və uzun söhbət oldu”.

Siyasətçi qeyd edib ki, üç ay əvvəl atəşkəsdən söhbət getmirdi, amma indi Ukraynanın əks-hücumunun dalana dirəndiyi, Yaxın Şərqdə eskalasiyanın olduğu, Kiyevdə siyasi münaqişələrin yarandığı bir vaxtda əsas ifadə tezliklə atəşkəs olacaq.

Yavlinski bildirib ki, münaqişədə hamı, o cümlədən Qərb ölkələri günahkardır:

“İndiyə qədər heç kim atəşkəs barədə ciddi danışmaq belə istəmir. Və kimsə arxada dayanıb deyir: “Sənə hər hansı silah verəcəm, ancaq döyüşməli olacaqsan, amma mən döyüşməyəcəyəm, qoy orda sənin adamlarını öldürsünlər”.

Tarix
2023.12.05 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla