Yuxarı

Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev, eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətlərinin qurucusudur.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya söyləyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasətçi Heydər Əliyevin xidmətləri əvəzsizdir.

L.Darsaliya deyib:

"Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində isə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".

Nazir müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində regionda reallaşan enerji və nəqliyyat layihələri təkcə bizim xalqlarımızın mənafelərinə deyil, bütünlükdə regionda sülhün və sabitliyin bərqərar olmasına, ümumi inkişafına xidmət edir.

"Dünya şöhrətli siyasi xadim, unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq " - deyə, Laşa Darsaliya vurğulayıb.

Tarix
2023.12.09 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla