Yuxarı

Qarabağ ermənilərinə etdiyimiz təklifdə... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ ermənilərinə etdiyimiz təklifdə... - Prezident

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qrup var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə - hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən, bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib: “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”.

Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib:

“Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.

Tarix
2023.12.09 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək!

Prezident yeni nümayəndəsini və başçıları qəbul etdi

Təyyarə qəzası: həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

Prezident Lü Cünü qəbul etdi

Azərbaycanın bu silahı İranı qorxutdu

AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla