Yuxarı

Çavuşoğlu buna görə Azərbaycana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu buna görə Azərbaycana təşəkkür etdi

Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzifəsini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu.

Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib:

“Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla, bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman - yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

Tarix
2024.03.03 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla