Yuxarı

Deputatlarımız Moskvaya gedir: növbəti iclas...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.

Bu barədə Axar.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov və Emin Hacıyev daxildir.

Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya və Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.

Səfər iyunun 21-də başa çatacaq.

Tarix
2024.06.17 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Obrayen Azərbaycana gəlir

Hacıyevdən Qriqoryana cavab: 23 saatdan az bir müddətdə...

İcmadan Volker Türkə cavab: Qərəzli fikirlər...

Fransanın Ermənistana “Sezar” verməsi... - EAPCA

Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov Gürcüstana gedir

Qriqoryanın Qarabağ iddiası: Nikola tüpürdü, işğalı təşviq etdi

Karantin problemi həll edəcəkmi?

Prezident İtaliyanın müdafiə nazirini qəbul etdi - Foto

Ermənilər Qarabağa qayıdır? - Babayan danışıqlara başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla