Yuxarı

ADU-da təntənəli “Məzun günü” keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) ənənəvi olaraq hər il keçirilən “Məzun günü” bu il iyun ayının 25-də böyük coşqu və sevinclə qeyd olunub.

Axar.az xəbər verir ki, təntənəli tədbirdə 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlarla yanaşı, millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

“Məzun günü” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “Gaudeamus” tələbə himni səsləndirilib.

Universitetin rektoru, akademik Kamal Abdulla məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin gələcəyinə mühüm töhfə verəcəklərinə əmin olduğunu bildirib. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor universitetin son illər əldə etdiyi nailiyyətlərdən, genişlənən beynəlxalq əlaqələrindən və yeni təhsil proqramlarından bəhs edib. ADU-nun “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olduğunu qeyd edən rektor bu uğurların əldə olunmasında bütün ADU əməkdaşlarının əməyi olduğunu vurğulayıb.

“Məzun günü” tədbirinin əlamətdar anlarından biri də millət vəkillərinin çıxışları olub.

Sonra universiteti yüksək akademik göstəricilərlə bitirən tələbələrə universitet rəhbərliyi və millət vəkilləri tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Azərbaycan Dillər Universitetinin “Fəxri məzun” adına layiq görülmüş Filologiya fakültəsinin tələbəsi Fikrət Ağayev məzunlar adından çıxış edərək, universitetin onlara verdiyi geniş imkanlar və dəstək üçün bütün müəllim heyətinə minnətdarlığını bildirib.

“Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.

Tarix
2024.06.26 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla