Yuxarı

Fransanın Ermənistana “Sezar” verməsi... - EAPCA

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası ( EAPCA) Fransanın Ermənistana öldürücü silahların satışına qarşı çıxış edərək bəyanat imzalayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə Fransanın Cənubi Qafqazda aqressiv siyasət yeritdiyi və Ermənistanı Azərbaycana qarşı revanşizmə, müharibəyə təhrik etdiyi qeyd olunur.

“Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi Qafqazdakı çirkin siyasətinin beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edir”, - məlumatda bildirilib.

EAPCA-da hesab edirlər ki, Fransanın qanlı hərbi təcavüz təcrübəsi olan Ermənistana hücum və öldürücü silahlar verməsi, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq sahəsinin genişlənməsi yeni müharibənin başlanmasını qaçılmaz edir.

Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana göstərdiyi hərbi-texniki dəstəyin nəticəsidir:

“Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair müqavilənin imzalanmasını qətiyyətlə pisləyir və bunu Fransanın Azərbaycana qarşı növbəti təxribatı hesab edir. Bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirmək məqsədi daşıyır”.

Tarix
2024.06.26 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video

Bu, Rusiyanı daxildən məhv edəcək

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla