Yuxarı

Dövlətə xəyanətdə təqsirli bilinən şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı Elnur Tahir oğlu İsmiyev dövlətə xəyanət ittihamı ilə həbs olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

E.İsmiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İyunun 30-da cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb. Tərəflərdən əldə etdiyimiz məlumata görə, hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib. İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.

Qeyd edək ki, ittiham sübuta yetirilərsə, E.İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tarix
2025.07.01 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

Mustafayev bir saat sonra Rusiya XİN-in binasını tərk etdi - Video

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla