Yuxarı

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.

Tərəflər həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Tarix
2024.06.26 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 2 fərman imzaladı

Risk artır: Türkiyə III Dünya savaşına hazırlaşır - Video

Bakı və İrəvan razılaşıb, Rusiya mane ola bilməyəcək - Areşev

Azərbaycanlı namizəd birinci turda qalib gələ bilər

Fidandan Trampa qədər, hamı bundan danışır…

Hər iki tərəf bu fürsətdən istifadə etməlidir - ABŞ səfiri

Milyonlarla insan bu dəhlizdən faydalanacaq - Obrayen

Obrayen 907-ci düzəlişdən danışdı

ABŞ-dan Bakı və İrəvana: Buna hazırıq!

Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla