Yuxarı

Sabah Bakıya yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Tarix
2024.06.29 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara yaxınlığındakı yeni mövqeyimiz - Video

Prezidentdən dövlət büdcəsi ilə bağlı - Fərman

Delimitasiya müzakirəsi: Proses tezliklə başa çatdırılacaq

TDT-nin Şuşadakı qeyri-rəsmi sammitinin dəqiq tarixi

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır

Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı

Bahalaşma xəbəri niyə bazar gecəsi verildi? - Səbəb budur

İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdi

Dizel bahalaşdı: Ekspertdən fermerlərə yardım çağırışı

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla