Yuxarı

Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:20

Gəncə şəhər sakinləri M.Namazov, E Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atması nəticəsində xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində M.Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

***

Gəncə şəhərində mübahisə zəminində üzərlərinə yanan benzin qabının atılması nəticəsində ağır yanıq xəsarətləri alanlardan ikisi Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Bunlar 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 1997-ci il təvəllüdlü Muraz Namazovdur.

Qeyd edək ki, söyüş üstdə düşən mübahisə zamanı daha bir nəfər, 2004-cu il təvəllüdlü Niyaməddin Kazımov da yanıq xəsarətləri alıb. Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxanada müalicə alan şəxsin vəziyyəti isə kafi qiymətləndirilir.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Pərviz Kazımovu saxlayaraq istintaqa təhvil veriiblər:

"P.Kazımov içərisində benzin olan qabı yandıraraq M.Namazovun üzərinə atıb. Nəticədə məlum hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.06.29 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı

Bahalaşma xəbəri niyə bazar gecəsi verildi? - Səbəb budur

İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdi

Dizel bahalaşdı: Ekspertdən fermerlərə yardım çağırışı

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla