Yuxarı

Türkiyədən İrana sərt tələb: Silah vermə!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İrandan PKK terror qruplaşmasına silah verməməyi və Ankaranın kürd silahlılarına qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti mənbələrə istinadla məlumat verib.

“Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə İran rəsmiləri PKK-ya heç bir tədarükün edilmədiyini deyiblər:

“Bundan sonra Türkiyə rəsmiləri iranlılara fotodəlillər təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yüklərin onlara heç bir aidiyyəti olmadığını bəyan edib. Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni tədarük partiyası olacaqsa, vurulacaq. Ankara İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü sənədlərlə sübut edərək, Tehrandan bu köçürmələrdən imtina etməsini tələb edib. Türkiyənin son istəyi əməliyyat sahəsini çirkləndirməmək olub. İran rəsmilərinə Türkiyənin antiterror əməliyyatına hər hansı müdaxilədən çəkinməli olduqları bildirilib”.

Tarix
2024.07.01 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərsin Tatar Azərbaycana gəlir

Ordumuzun Belarusdakı paradda keçidi – Video

Cəlilinin nümayəndələri azərbaycanlıları təhqir etdi

İlham Əliyev Qazaxıstanda səfərdədir

Erməni hərbçi həbs edildi: Bakıya elə məlumatlar ötürüb ki...

YAP-ın seçki qərargahı yaradıldı

Bakıdan Batyaya sensasion jest: Əsgər göndərdi

Anklavlar qaytarılır, dəhliz açılır - KİV

Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycanda bu qoruğun sərhədləri təsdiqləndi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla