Yuxarı

Nazir yeni rəis təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyə Respublikası Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan Vidadi Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.

Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Tarix
2024.07.03 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi

İlham Əliyev Ərsin Tatarla görüşdü

Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq

ABŞ senatoru: Sülh tez imzalanmalıdır!

Prezident Kubanıçbek Ömüralıyevi qəbul etdi

Ərdoğana Almaniyaya getməsini Əliyev təklif edib

Azərbaycandan ATƏT PA-ya seçkilərlə bağlı təklif

Xamenei Pezeşkianın seçilməsini buna görə istəyir

Bakı ilə Pekin arasında yeni səhifə açıldı

Mirziyayev Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla