Yuxarı

Gömrük əməkdaşları qəzaya düşdü: ölən var - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:58

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Şaqman" markalı yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Pəri Vəliyeva, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Şabran rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananlardan ikisi Bakıya göndərilib.

Bu barədə məlumat Şabran rayon Mərkəzi Xəstəxanasından verilib.

Bildirilib ki, iki nəfər - Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Mərkəzi Gömrük Hospitalına göndərilib.

"Mersedes-Benz" markalı avtomobilin sürücüsü vəziyyətinə uyğun olaraq həkim nəzarətində saxlanılır. Onun Bakıya təxliyəsi ilə bağlı məsələyə baxıla bilər".

***

1 iyul 2024-cü il tarixində saat 8:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

***

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Şaqman" markalı yük maşını ilə "Mersedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.

Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.

Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.

Tarix
2024.07.01 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-a Bakı və İrəvan arasında təcili sülh lazımdır – Badalyan

Azərbaycan Hindistana başsağlığı verdi

Bakı - İrəvan danışıqları bizim üçün prioritetdir - ABŞ

NATO generalı Bakıda isti mesajlar verdi

İran səfirliyi Azərbaycana təşəkkür etdi

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla