Yuxarı

Pezeşkianın nüfuzu artır: prezident olmaq şansı varmı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pezeşkianın Təbrizdə belə qarşılanması gözlənilən idi. Ana tərəfdən kürd olmasına baxmayaraq, o, cəmiyyətdə azərbaycanlı olaraq qəbul edilib. Bunun seçkilərdə nə dərəcədə onun xeyirinə olacağını isə demək çətindir.

Bunu Axar.az-a tanınmış güneyli yazar və araşdırmaçı Məhəmməd Rəhmanifər Pezeşkianın Təbriz səfərinin seçkilərə təsirini şərh edərkən deyib.

İranda insanların sandıq başına gedib-getməmələrinin əhəmiyyət daşımadığını vurğulayan araşdırmaçı bildirib ki, seçkilərdə Xamenei və onun ətrafının müəyyənləşdirdiyi şəxs qalib gələcək:

“Seçkilərin taleyi ilə bağlı 3 ehtimalım var. Dünyaya meydan oxumaq istəsələr Cəlili, xarici və daxili siyasətdə cüzi yumşalmalara getmək istəsələr Pezeşkian, nisbətən orta vəziyyət yaradıb, Rəisi siyasi xəttini davam etdirmək istəsələr Qalibaf prezident vəzifəsinə gətiriləcək. Hazırda üçünün də şansı var. Son dövrlər Güney azərbaycanlı olaraq Pezeşkianın nüfuzu daha da artıb. Bu baxımdan güneyliləri susdurmaq üçün azərbaycanlı namizədi prezident edə bilərlər”.

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlmə ehtimalının İrandakı seçkilərə bilavasitə təsir etdiyini deyən Rəhmanifər ehtimal edir ki, ölkənin mövcud durumuna görə Cəlilinin şansı aşağı düşür:

“Qalibaf və Pezeşkian arasında isə mənim baxış bucağımdan seçim eləmək çətindir. Hər ikisinin siyasi xəttində bənzərlik var. Cəlili tərəzinin bir tərəfində, Pezeşkian digər tərəfindədirsə, Qalibaf onların ortasında dayanır. Seçkilərə qatılanların sayının az olacağını da nəzərə alsaq, Pezeşkian üçün vəziyyət qənaətbəxş olmur. Onun qalib gəlməsi üçün, gərək, sandıq başında azərbaycanlı namizədin tərəfdarları anşlaq yaratsın, rejim tərəfdarlarının əl-qolunu bağlasın. Yəni rejim desə ki, sən seçilməmisən, bu, toplumda sərt reaksiyaya səbəb olsun. Elə bir vəziyyət yaranacağını isə proqnozlaşdırmıram”.

Tarix
2024.06.27 / 09:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla