Yuxarı

Nazirlik pensiya ilə bağlı dəyişikliyi şərh etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki və daha çox pensiya hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlara ən yüksək olan pensiya təyin olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.

Qanunda yeni dəyişikliklərdən biri kimi, digər səbəbdən (xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan hərbi qulluqçulara təyin edilən pensiyanın məbləği onların təminat xərcliyinin 60 faizindən 70 faizə qaldırılacaq. Bu da həmin şəxslərin pensiya təminatının gücləndirilməsinə, onlara təyin edilən pensiyanın məbləğinin artımına xidmət edir.

2019-cu ildən ölkəmizdə pensiya və digər ödənişlərin təyinatı müraciət olunmadan və sənəd təqdim edilmədən, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Qanunda yeni dəyişikliklərdən biri kimi, artıq pensiyanın bir növündən digər növünə keçidin də avtomatlaşdırılmış qaydada həyata keçirilməsi nəzərdə tutulur. Yəni iki və daha çox pensiya növünə hüququ yaranmış şəxslərə həmin pensiya növlərindən daha yüksək olanı proaktiv qaydada təyin ediləcək.

Beləliklə, illik təqribən 6-7 min şəxsin sənəd toplamasına, müraciət etməsinə ehtiyac qalmadan, həmin şəxslərə hüquqları yaranan və daha yüksək olan pensiyanın e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılacaq, habelə proaktiv xidmətlərin əhatə dairəsi daha da genişlənəcək.

Qanunda edilən digər dəyişikliklər də pensiya sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Tarix
2024.06.29 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvan NK bir sıra qərarlar qəbul etdi

Bakı-İrəvan sülhü böyük imkanlar yaradacaq - Blinken

Bakıdan erməni ordusuna xəbərdarlıq: Qadağan edildi!

Əgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”

Bayramov İsrail Katzla danışdı

Sülh sazişinin başlıca şərti... - Əliyev

Qayıdış hüququ onlara da şamil edilməlidir - Prezident

Prezidentdən sülh müqaviləsi ilə bağlı sevindirici açıqlama

Ermənistanla ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük

Əskipara yaxınlığındakı yeni mövqeyimiz - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla