Yuxarı

Azərbaycanın heç bir torpağı işğalda deyil - İran səfiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın heç bir torpağı işğalda deyil - İran səfiri

Biz ilk növbədə regionda müharibənin qarşısını almaq üçün hər şeyi edəcəyik. İstəyirik ki, hamı bir-birinin ərazi bütövlüyünə hörmət etsin.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində jurnalistin “Azərbaycan Ermənistana hərbi təcavüz etməyə cəhd etsə, İran müdaxilə edəcək, ya yox?” sualına cavab verərkən deyib.

O bildirib ki, bizim ən böyük səylərimiz regionda müharibənin qarşısını almağa yönəlib:

“Beynəlxalq cəmiyyət də bunu istəyir. Ermənistanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır, sərhədləri aydındır. Və onun müharibə məqsədi yoxdur. Biz görürük ki, Ermənistan sülhü və sabitliyi qorumaq istəyir. Bu istək, sülh və sərhədlərin müəyyən edilməsi tərəflərin müharibə istəmədiyini göstərir. Nəhayət, müharibə üçün heç bir əsas yoxdur. Heç bir Azərbaycan torpağı Ermənistanın nəzarətində deyil ki, buna görə Ermənistana hücum etsinlər. Düşünürəm ki, Azərbaycan hökuməti də nəzərə alacaq ki, müharibəyə heç bir əsas yoxdur. Təqdim etdiyiniz fərziyyə, bu baş verərsə, təbii ki, beynəlxalq ictimaiyyət buna mənfi reaksiya verəcək”.

Tarix
2024.07.14 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla