Yuxarı

Ermənistan gec-tez bu addımı atacaq - Qusman

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan gec-tez bu addımı atacaq - Qusman

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyi düzgün və ədalətlidir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Konstitusiyasında ölkənizə qarşı ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi bağlaya bilərsiniz? Bu, tam ziddiyyətdir”, – o bildirib.

Qusman əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bunu artıq başa düşdüyünü göstərən məlumatlar görüb:

“Bunun bütünlükdə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaması başqa məsələdir. Çünki bu, Ermənistan hakimiyyətinin işidir. Prezident İlham Əliyevin mövqeyi aydındır, bu, tamamilə obyektivdir və beynəlxalq reallıqlara uyğundur. Ermənistan bu addımı atacaq. Bu, gec-tez baş verəcək. Çünki sülh etmək istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiası ola bilməz. Bu, mümkün deyil. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh olmayacaq və bu, yalnız Ermənistanın özü üçün pisdir. Ermənistan məğlub ölkədir, üstəlik, bütün parametrlərdə: iqtisadi, siyasi, hələ heç hərbi komponenti demirəm, Azərbaycandan çox zəifdir. Bu, 44 günlük müharibə zamanı sübuta yetirildi. Erməni cəmiyyəti uzun müddət mənfi ideoloji təsir altında idi, amma mənə elə gəlir ki, indi artıq ayılma prosesindədirlər”.

Tarix
2024.07.21 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla