Yuxarı

Həsənov Batumidə Gülərlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini qeyd ediblər.

Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər.

İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2024.09.10 / 14:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək

Rəsmi Bakıdan Niderlanda çağırış: Buna son qoyun!

XİN-dən Şengen vizası ilə bağlı şikayətlərə - Reaksiya

Bu xalqların azadlığı işinə dəstəyimizi davam etdiririk

Zirəddin Rzayev Elman Paşayev haqda nələr dedi?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Azərbaycan İrandakı səfirini geri çağıra bilər

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Fransadan bunu gözləyirik - Rəsmi Bakı

Ermənistan rəhbərliyi Bakıya dəvət edildi - Rəsmi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla