Yuxarı

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Casusluqda ittiham edilərək saxlanılan Sərkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, o, Azərbaycanın daxilindəki keçmiş və qondarma separatçı qurumda “müxtəlif vəzifələrdə” çalışıb, Şuşa rayon “administrasiyası rəhbərinin müavini”, “təhsil nazirliyi aparatının və “prezident aparatı rəhbəri”nin müavini olub.

İş materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin xüsusi xidmət orqanlarına "işə götürülüb". Vurğulanıb ki, Xankəndi separatçılardan təmizləndikdən sonra Qalstyan altı aya yaxın bu şəhərdə qalıb. 2024-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və orada saxlanılıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Qalstyanın evində axtarış apararkən, türk dilində lüğət tapıb və bunu maddi sübut kimi götürüb. Lakin Qalstyanın vəkilləri bu ittihamı qəbul etmir. Onlar bildirir ki, Qalstyanın ixtisası türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Tarix
2024.11.22 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün İranla razılaşma imzalanacaq - Tramp

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla