Yuxarı

Qərbi azərbaycanlılar yurdlarına qayıtmalıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbi azərbaycanlılar yurdlarına qayıtmalıdır

Türk və Azərbaycan millət vəkilləri olaraq qardaşlıq bağlarımızı gücləndirmək üçün buradayıq.

Axar.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Şamil Ayrım bildirib ki, xalqlarımız hər zaman bir-birinin yanında olub:

“Başda Qarabağ Zəfəri olmaqla, hər bir sahədə bu həmrəyliyi görmək mümkündür. 1918-ci ildə Nuru Paşanın qardaşları ilə birlikdə Bakını xilas etdiyi kimi, bu mübarizədə Türkiyə hər zaman Azərbaycanımızın yanında olub. Eləcə də Qarabağ savaşında da Türkiyə Azərbaycanla həmrəy olub. Öz dövlətlərinin torpaqlarını qanla sulayan şəhidlərimizə Allah rəhmət etsin. Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Çox xoşbəxtik ki, bu gün müstəqil Azərbaycan Respublikasında bir yerdəyik”.

O, sabah Xankəndini, Xocalını görəcəklərini söyləyib:

“Orada ermənilərin törətdiyi qətliamı yad edəcəyik və bunları heç vaxt yaddan çıxarmayacağıq. Sabah eyni zamanda Qarabağda aparılan bərpa quruculuq işləri ilə tanış olacağıq. Ermənilər tərəfindən minalanmış ərazilər artıq minalardan təmizlənir”.

Şamil Ayrım 24 saatlıq antiterror əməliyyatlarında bir erməninin belə burnunun qanamadığını xatırladıb:

“Prezident İlham Əliyev bizim qanunlarla yaşamaq istəyən hər kəsin burada qala biləcəyini bəyan etdi. Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulub. Bu vətəndaşlarımız beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılmasından ermənilər narahat olmamalıdır. Bu məsələ də bugünkü iclasın protokolunda qeyd olunsun".

Tarix
2024.12.07 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla