Yuxarı

Suriyada yeni mərhələ: HTŞ-PKK savaşı başlayır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada yeni mərhələ: HTŞ-PKK savaşı başlayır?

Suriyada yeni mərhələ başlayır. Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir. Rejimin devrilməsində əsas rolu şübhəsiz ki, “Heyət Tahrir əş-Şam” (HTŞ) oynadı. Ancaq Suriyada fərqli silahlı qruplar var, PKK-ya bağlı olanlar fürsətdən istifadə edib nəzarət etdikləri əraziləri genişləndirməyə çalışacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu müxalifətin Dəməşqi ələ keçirməsi və Əsəd rejiminin devrildiyini elan etməsini şərh edərkən bildirib.

O, HTŞ-nin ölkənin bütövlüyü naminə PKK ilə savaşa girişməsi məsələsinə aydınlıq gətirib:

“Hələ ki, iki qrup arasında razılaşmanın olduğu görüntüsü var. HTŞ paytaxta doğru irəlilədikdə digər silahlı güclər də fərqli istiqamətlərdə müxtəlif əraziləri nəzarətə götürüblər. Suriyada müxtəlif dinlərin və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır. Ancaq təəssüf ki, biz hər zaman Yaxın Şərqdə fərqli örnəklərin şahidi olmuşuq. Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir. Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar. Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir”.

Tarix
2024.12.08 / 12:13
Müəllif
Aytac Araz
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla