Yuxarı

Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?

Paşinyanın bu yola əl atıb, Sankt-Peterburqa getməməsinə səbəb kimi Rusiya-Ermənistan münasibətləri olduğunu düşünürəm.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Paşinyanın MDB-nin Sankt-Peterbirqda keçirilən sammitinə “koronovirusa yoluxduğu üçün” getməməsi barədə xəbəri şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistanın Qərbdən dəstək almaq fikri var:

“Görünür ki, Ermənistan Rusiyanın maraqlarına uyğun addım atmır. Ancaq Rusiyanın Ermənistanda hərbi bazaları hələ də qalır və bu, təhlükəsizliyini təmin edən əsas faktordur. Eyni zamanda da Ermənistan iqtisadi baxımdan Qərbdən yardım almaq istəyir və həmin istəklərinə də nail olmağı bacarır”.

Tofiq Zülfüqarov əlavə olaraq deyib ki, Paşinyanın bu addımını Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqələndirmək doğru deyil:

“Əslində bizim mövqeyimiz Ermənistan-Azərbaycan danışıqlarının birbaşa aparılmasıdır. Ona görə də Ermənistan baş nazirinin bu addımını Azərbaycan-Ermənistan mövzusuna bağlamağı doğru hesab etmirəm”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın COVİD-19 testinin nəticəsi müsbət çıxdığı üçün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etmədiyini bildirməsi birmənalı qarşılanmayıb.

Tarix
2024.12.26 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla