Yuxarı

Mirzoyanın nə imzalamasının fərqi yoxdur: Fakt budur ki…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan görünür artıq öz xarici siyasət vektorunu müəyyən etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasını yerli mediaya şərh edərkən deyib.

O bildirib ki, sənədin müddəalarında konkret olaraq nə nəzərdə tutulmasından asılı olmayaraq, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi faktdır və bu, yaxın gələcəkdə Ermənistanın siyasi xəttinə, eləcə də ümumilikdə Cənubi Qafqazda hökm sürən atmosferə təsir edəcək.

Rusiyalı ekspert iki halı xüsusi diqqətə çatdırıb: ABŞ-ın Ermənistana dəqiq təhlükəsizlik zəmanəti verməməsi və sənədin imzalanmasının, demək olar ki, Donald Trampın Ağ Evdə görünməsindən bir neçə gün əvvəl baş tutması.

Onun fikrincə, Tramp administrasiyası zamanı sənədin perspektivi sual altındadır - baxmayaraq ki, Nikol Paşinyan Trampın prezidentliyinin ilk dövründə Ermənistanda hakimiyyətə gəlib və Tramp tərəfindən dəstəklənib.

Tarasov xatırladıb ki, “Kölgə MKİ” hesab edilən “Stratfor” 2025-ci ildə Ermənistan üçün o qədər də əlverişli olmayan proqnoz verib və qeyd edib ki, Ermənistana ABŞ yardımı kəsilə bilər, çünki Tramp Azərbaycanla münasibətlərə üstünlük verə bilər.

O, sülh sazişinin də Konstitusiyadakı ərazi iddiaları səbəbindən çətinliklə üzləşəcəyini proqnozlaşdırıb.

Tarasov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məqsədyönlü şəkildə Avroatlantik inteqrasiyaya doğru gedir, eyni zamanda Rusiyanı tərk edir:

“Azərbaycan isə Ermənistandan fərqli olaraq, daha balanslı siyasət aparır”.

Tarix
2025.01.16 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Milli mətbuatın yaranmasından 150 il ötür

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla