Yuxarı

Trampın Cənubi Qafqazla bağlı siyasəti... - Rusiya XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Cənubi Qafqazla bağlı siyasəti... - Rusiya XİN

İndiki mərhələdə Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların, o cümlədən ABŞ və Avropa ölkələrinin müdaxiləsi region üçün müsbət nəticə verməyib.

"Moskva hesab edir ki, Bakı ilə İrəvan arasında münaqişənin nizamlanmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar kompleksi təşkil edir", - deyə diplomat xatırladıb.

O vurğulayıb ki, Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və münasibətlərin normallaşdırılmasına, balanslaşdırılmış sülh müqaviləsinin işlənib hazırlanmasına, nəqliyyat və iqtisadi əlaqələrin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafına köməklik etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, üç Cənubi Qafqaz dövlətini (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç qonşu dövləti (Rusiya, İran və Türkiyə) birləşdirən “3+3” platforması perspektivli regional əməkdaşlıq mexanizminə çevrilə bilər.

Tarix
2025.01.23 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla