Yuxarı

Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?

Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha iki il – 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Bu, 17 maddəlik sülh sazişi mətnindəki “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi – imtina edilməsi deməkdir. Və sülh sazişinin imzalanmasını növbəti dəfə sual altına salır.

Hərçənd, AB qüvvələrini sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq:

Birincisi, sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq;

Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə “90 faiz razılaşdırılmış sənədi imzalamaq” qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını “sülhdən yayınan” tərəf kimi təqdim etməyə çalışır. “Razılaşdırılmış maddələr” mövzusunu davam etdirən Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə çalışacaq.

İkincisi, AB qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq;

Ermənistan təklif edir ki, AB missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxarsın. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir: Bakı “üçüncü ölkələrə məxsus qüvvələri” sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir, əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır.

Görünür, 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.

Tarix
2025.01.30 / 14:05
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla