Yuxarı

Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır?

Ermənistan Zəngəzur dəhlizi məsələsində yalnız keçidə icazə verilməsi ilə bağlı müxtəlif formalar təqdim edib, öz yanaşmasını ortaya qoyurdu. Bu təkliflərdə “sadələşdirilmiş keçid” və “tranzit keçid” kimi terminlərdən istifadə edilir. Azərbaycan isə “dəhliz” və təhlükəsizliyin tam təmin olunması tələblərini irəli sürüb. Beynəlxalq münasibətlərdə “dəhliz” və “keçid” anlayışlarına dair konkret bir düstur mövcud olmadığı üçün hər iki tərəf bu məsələdə fərqli terminologiyalardan istifadə edir.

Bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Ermənistan parlamentinin sədri Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan eksterritorial - dəhliz modelindən qəti şəkildə imtina etsə də, Alen Simonyanın son bəyanatı İrəvanın artıq Azərbaycanın tələblərinə daha uyğun bir yanaşma nümayiş etdirdiyini göstərir:

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin açıqlamaları son vaxtlar müsbət yöndə dəyişməyə doğru inkişaf edir. Bu, hələlik ritorik bir açıqlama olsa da, tərəflər arasında gələcəkdə keçiriləcək danışıqlarda və müzakirələrdə bu yanaşmanın necə praktikaya çevriləcəyi daha dəqiq şəkildə ortaya çıxacaq”.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan möhürlənmiş yüklərin dayanmadan Zəngəzurdan maneəsiz keçməsini təmin etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, bu, hələlik dəmiryol nəqliyyatına aiddir, yük maşınları və nəqliyyat vasitələrinin keçidi isə müzakirə edilməlidir.

Tarix
2025.02.13 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla