Yuxarı

Türkiyə "banan ölkəsi" deyil: küçədən hakimiyyətə gəlmək....

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “banan respublikası” deyil, bu ölkədə hakimiyyətə küçədən gəlmək olmaz, çünki siyasi institutlar işləkdir, partiyalar güclüdür, media azadlığı pis-yaxşı mövcuddur, cəmiyyət diridir, siyasiləşmiş vətəndaşlar, ideoloji qruplar var.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, müxalifətin indiki durumda ən çox israr etdiyi məsələ erkən seçkilər ola bilər, AKP isə erkən seçkilərə yaxın 2 ildə getmək istəmir:

“Türkiyədə hakimiyyət ancaq sandıqla dəyişə bilər, belə də olacaq. İndi söhbət ondan gedir ki, əgər ən azı yaxın 2 ildə seçki olmayacaqsa, İmamoğlunun reytinqini indiki kimi yüksək saxlamaq mümkün olacaqmı, yoxsa AKP sübutlarla, bəzən isə uydurmalarla onu etibarsızlaşdıra biləcək?

AKP ona görə indi hərəkətə keçdi ki, seçkiyə bir neçə ay qalmış əsas namizədə qarşı atılan addımlar onu birbaşa hakimiyyətə daşımaq olardı, amma indi, təxminən, 2 ildən də çox var ki, həm İmamoğlunun reytiniqini aşağı sala, həm də müxalifət daxilində oyunlar qura bilsinlər.

Bir şeyi də unutmayaq – istənilən ölkədə, hətta ən demokratik ölkələrdə belə, iqtidarların həmişə ciddi üstünlükləri olur, bu üstünlükləri realizə etmək üçün isə zaman lazımdır. Əgər AKP bu zaman kəsimində, məsələn, “kürd məsələsini”, terroru bitirə bilsə, ciddi üstünlük qazanacaq; iqtisadiyyatda düzəlmə yaşansa, dəstək əldə edəcək. Yeri gəlmişkən, indiki durumda ən obyektiv indikatorlardan biri iqtisadiyyat olacaq – bu gün artıq birja az da olsa, yüksəlir, dollar sabitləşib, əgər səhm və valyuta bazarında sabitliyi yarada bilsələr, bu da AKP üçün üstünlük yaradan faktora çevrilə bilər.

Amma əgər müxalifət doğru-düzgün davrana bilsə, daxildən xainliklərlə üzləşməsə, parçalanmalar olmasa, 2 ildə reytinqi yüksək saxlamaq və növbəti seçkilərdə qalib gəlmək olar”.

Tarix
2025.03.24 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla