Yuxarı

Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənistanın konkret hədəfləri var. Bu haqda daha öncə də yazmışdıq:

- İrəvan 17 maddəlik sülh sazişi mətninin indi imzlanmasını və Bakının digər tələblərinin arxa plana keçməsini istəyir;

- Buna razı olmayan Bakıya beynəlxalq müstəvidə çağırışlar/təzyiq kampaniyası təşkil etməyə cəhd edir;

- Sərhəddə atəşin açılması da beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etmək, “regionda sabitliyin təmin edilməsi razılaşdırılmış sülh mətninin təcili imzalanmasından keçir” rəyini yaratmağa hesablanıb.

Bu kontekstdə İrəvanın atəşkəsin pozulması planını mərhələli şəkildə həyata keçirməsi diqqət çəkir.

Birinci mərhələ: “təkzib” və məsuliyyətdən yayınma cəhdi;

Martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişi mətni üzərində razılığa gəldiyi rəsmi şəkildə elan edildi. İrəvan bəyan etdi ki, mətn indi imzalanmalıdır, Bakı cavabında “hələ hər şey bitməyib” bildirdi. Martın 16-dan etibarən Ermənistan atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə Azərbaycanın “atəşkəsin pozulması” haqda açıqlamalarını təkzib edən Ermənistan faktı gizlədə bilmədiyini anlayanda “havaya bir neçə atəşin açılması atəşkəsin pozulması məqsədi daşımır” kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışdı. Bununla İrəvanın “sülh sazişi indi imzalanmalıdır” mövqeyinə müəyyən qədər dəstək də əldə etdi, xüsusilə Avropadan edilən çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə təsir etmədiyini görəndə yeni mərhələyə strat verildi.

İkinci mərhələ: “mülki hədəflər” iddiası;

Ermənistan “Azərbaycan Zəngəzur bölgəsində yaşayan erməni sakinləri hədəfə alır” iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin pozulması faktını Bakının üzərinə qoymaq məqsədi daşımır, həm də beynəlxalq diqqəti nəticəyə - sülh sazişi mətninin indi imzalanması – təsir edə biləcək səviyyədə çəkmək planının tərkib hissəsidir.

Üçünc mərhələ: esakalasiyanın böyüməsi;

Ermənistan “mülki hədəflər” planı ilə istədiyinə nail ola bilməsə - olacağı çətin görünür, atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər.

Tarix
2025.04.07 / 14:36
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Bakı aeroportunda yeni terminal inşa ediləcək

Ceyhun Bayramov Serinq Modou Njie ilə danışdı

Ölümü ilə dünya gündəmini zəbt edən El Menço kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla