Yuxarı

İran-Ermənistan təlimləri Bakıya mesajdır? - Arutyunov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran-Ermənistan təlimləri Bakıya mesajdır? - Arutyunov

İranın Ermənistanla birgə sərhəddə təlimlərə başlamasını SEPAH rəsmiləri “sülh məqsədli” adlandırsa da, Ermənistanda belə düşünmürlər.

Axar.az xəbər verir ki, erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov bu təlimlərin Azərbaycana qarşı olduğunu vurğulayıb.

O bildirib ki, təlimlər “müəyyən çəkindirici rol” oynayacaq:

“Xüsusən də indi Azərbaycan vaxtaşırı Ermənistanı atəşkəsi pozmaqda ittiham edəndə - çoxları bunu rəsmi Bakının yeni hərbi əməliyyatlara başlamaq üçün informasiya zəmini yaratmaq cəhdi kimi qəbul edir”.

Ekspert xatırladıb ki, təlimlər İran və ABŞ münasibətlərindəki gərginlik fonunda da nəzərə çarpır:

“ABŞ və İsrailin hərbi əməliyyat keçirməsi ehtimalı qarşısında İslam Respublikası açıq şəkildə bildirir ki, bu vəziyyətdə belə Cənubi Qafqaz onun üçün prioritet olaraq qalır və bu regionda hərbi-siyasi varlığını qoruyub saxlayır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, İranın Ermənistanla təlimlər vasitəsilə qonşularına siyasi mesajı kifayət qədər təmkinli və məhduddur. Söhbət xüsusi təyinatlılar səviyyəsində təlimlərdən gedir ki, bu da özlüyündə kifayət qədər məhdud formatdır. İkincisi, Müdafiə Nazirliyinin hesabatına əsasən, hər bir tərəf bu təlimləri öz ərazisində keçirir. Üçüncüsü, İran təxminən eyni sxemlə keçən il Azərbaycanla təlimlər keçirib. Düzdür, orada xüsusi təyinatlılar yox idi, amma tapşırıqlar bir çox cəhətdən oxşardır. Ola bilsin ki, təlimlərin məqsədi ümumilikdə qonşularla koordinasiya və əməkdaşlıq nümayiş etdirməkdir”.

Arutyunovun fikrincə, daha irimiqyaslı təlimlər hər iki tərəf üçün böyük risklər daşıyardı:

“Ermənistan Qərbin, xüsusən də ABŞ-ın müqaviməti ilə üzləşə bilərdi, İran üçün isə bu cür genişmiqyaslı manevrlər Türkiyə və Azərbaycanın cavab tədbirləri, regional eskalasiya spiralının daha da sərtləşməsi demək olardı”.

Tarix
2025.04.10 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla