Yuxarı

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in rəsmisi sosial şəbəkədə paylaşım edib.

O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.

"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak edir və bu, xarici işlər naziri üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur.

Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız. Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır", - Hacızadə bildirib.

O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb:

"Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".

Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub:

"Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi.

Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub".

Tarix
2025.04.24 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla