Yuxarı

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

Bu gün Azərbaycan mediası qarşısında süni intellektin öyrənilməsi vacib tapşırıqlardandır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq media rəhbərləri ilə görüş zamanı süni intellektin gündəlik məsələlərdə tətbiqi barədə müzakirələr aparılır:

"Bu məsələlərdə beynəlxalq praktikaları öyrənirik. Bu gün tərcümə işinə baxsaq, Azərbaycan dilində hələ ki arxa səslərin təqdim olunmasında müəyyən texniki problemlər olsa da, rus və ingilis dillərindən tərcümənin təmin olunması baxımından yaxşı nəticələr var. Bir sıra media platformalarında bunlar artıq tətbiq olunur".

H.Hacıyev süni intellektlə bağlı eksperiment apardıqlarını da diqqətə çatdırıb:

"Süni intellektin məhsulu olan bir məqaləni Azərbaycanın media orqanlarından birində yerləşdirdik. Ancaq heç kim onu süni intellektin hazırladığını ayırd edə bilmədi".

Tarix
2025.07.20 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla