Yuxarı

Bu islahatlar vətəndaşların rahatlığı üçündür - Redaktor

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu islahatlar vətəndaşların rahatlığı üçündür - Redaktor

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, görülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür. Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev də daim çıxışlarında vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, sosial layihələrin həyata keçirilməsi davam etdirilməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Tarif Şurasının tarif tənzimlənməsi barədə qərarına münasibət bildirərkən deyib.

Vüqar Rəhimzadə qeyd edib ki, Tarif Şurasının qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab edilib. O deyib: “Rəsmi rəqəmlərə görə, bu gün ölkədə əhali kateqoriyasına aid abonentlərin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən yuxarı deyil. Bu da o deməkdir ki, həmin abonentlərin, eləcə də bu kateqoriyaya aid aztəminatlı ailələrin “mavi yanacaq” üzrə ödənişlərində heç bir artım olmayacaq. Bununla yanaşı, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğuna görə artım bu kateqoriyaya aid ailələrə təsir etməyəcək. Göründüyü kimi, Tarif Şurası sözügedən qərarın qəbulunda ən incə məqamları nəzərə alıb ki, sadə vətəndaşların maraqlarının müdafiəsi prinsipi qorunsun”.

Qeyd edilib ki, bu gün dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda elektrik enerjisi və təbii qazın satış qiyməti dəfələrlə aşağıdır. Bununla bağlı kifayət qədər misal göstərmək olar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, uzun illərdir ölkəmizdə sosial xidmətlərə görə tariflərdə böyük artımlar baş verməyib. Dövlətin sosial xidmətlərlə bağlı tarif siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi üzərində qurulub. Bu mənada Tarif Şurasının mövcud qərarı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir və narahatlığa heç bir əsas yaratmır.

Tarix
2016.11.29 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla