Yuxarı

“Nar”dan texnologiya həvəskarlarına - Dəvət

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016.11.30 18:50

“Nar” BakuTel-2016 22-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini geniş ictimaiyyətin diqqətinə çatdırır.

Axar.az xəbər verir ki, sərgi günlərində “Nar” stendinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar. Virtual reallıq texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni “Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Nar” operatoru BakuTel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara “Nar” tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu barədə məlumat verilir.

Bundan əlavə, “Nar” stendinin ziyarətçiləri müxtəlif interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən “Nar” sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni “Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini təqdim edir. “Nar” müasir texnologiyalara biganə olmayan hər bir kəsi özünün BakuTel stendinə dəvət edir.

Tarix
2016.12.02 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla