Yuxarı

Bakıda yeni layihəyə start verildi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihəyə start verilib.

Axar.az xəbər verir ki, "Hed Academi Azerbaijan", Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə həyata keçirilib.

Tədbirdə Azərbaycanda ilk dəfə “Hed Academi Azerbaijan”a məxsus “Aşma əleyhinə simulyator” geniş ictimaiyyətin istifadəsinə təqdim olunub. "Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edib və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərilib.

Məlumat verilib ki, layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır. Aşma simulyatoruna əyləşən sürücü simulyator dönməyə başladıqda, kəmərin onu necə saxladığını görəcək və kəmərsiz yarana biləcək təhlükənin şahidi olacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Report-a bildirib ki, DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı istənilən tədbirə dəstək verməyə hazırdır. Xüsusi olaraq təhlükəsizlik kəmərinin əhəmiyyətinə diqqət çəkən Vaqif Əsədov deyib ki, «Hed Academi Azərbaycan»ın tətbiq etdiyi simulyator sürücülər üçün əyani vəsaitdir və bu texnika vasitəsilə kəmərin əhəmiyyətini insanlara daha real şəkildə izah etmək olur.

DYP-nin təhlükəsizliklə bağlı gördüyü işlərdən danışan V. Əsədovun sözlərinə görə, təhlükəsizlik kəməri yol qəzaları zamanı insan həyatını 80 faizdən artıq sığortalayır. Bu baxımdan, yol polisinin apardığı təbliğat işləri öz nəticəsini verib və artıq Azərbaycanda, xüsusən də Bakı şəhərində təhlükəsizlik kəmərindən istifadə edən sürücülərin sayı artıb.

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991-ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir.

Tarix
2016.12.03 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla