Yuxarı

"Nar"dan növbəti təlim kursları

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar"dan növbəti təlim kursları

“Nar”, “Uğur akademiyası” və “Asan könüllüləri” tərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir. Layihənin ikinci mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün kompüter təmiri üzrə təlim kursları keçiriləcək.

Axar.az xəbər verir ki, kurslar İT və komputer cihazları təmiri sahəsində 10 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaqdır. Təlim boyu iştirakçı gənclərə kompüter təmiri ilə yanaşı, əsas kompüter xidmətləri (format işləri, müxtəlif proqramların yazılması və s.) öyrədiləcəkdir. “Təlim məktəbi” kurslarının ikinci mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılıb.

Qeyd edək ki, “Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. “Nar” operatorunun dəstəyi ilə 75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakını nəzərdə tutan “Təlim məktəbi” layihəsi rəsmən 7 noyabr 2016-cı il tarixdə başlamış və tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürüb.

Xatırladaq ki, “Nar” artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Tarix
2016.12.06 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla