Yuxarı

Bəzi səfirliklərimizin bağlanma təhlükəsi var - Millət vəkili

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi səfirliklərimizin bağlanma təhlükəsi var - Millət vəkili

Dünyada iqtisadi böhran daha da dərinləşir. Ancaq Azərbaycanın bu böhrandan çıxmağa potensialı var.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı bildirib.

Deputat 2017-ci ilin də çətin il olacağını söyləyib: “Mənə elə gəlir ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq. 2018-ci ildə isə bir çox sənayə müəssisələri işə başlayacaq, vəziyyət bir qədər yaxşılaşacaq. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Mühüm sahələrdən biri kənd təsərrüfatı sahəsidir. Bunun üçün kənd təsərrürüfatına maliyyə dəstəyi olmalıdır. 2017-ci ildə kənd təsərrüfatına 35 milyon manat ayrılacaq. Bu, kreditləşmə üçün normal məbləğ deyil. Bilirsiniz ki, bank sistemi iflic vəziyyətdədir, sahibkarlara kredit vermək imkanı yoxdur”.

F.Ağamalı həmçinin qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər cəmi son il yarımda həyata keçirilib: “Burada xeyli işlər görülüb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: “Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat ayrılıb. Xarici İşlər Nazirliyinə isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat sahəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır”.

Tarix
2016.12.06 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla