Yuxarı

Daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Şəmkir aqroparkda birinci mərhələ üzrə işlər davam etdirilir, Xaçmaz rayonunda isə ikinci mərhələ üzrə işlər yekunlaşıb. Respublikanın 19 rayonunda 116.7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, növbəti illərdə də kənd təsərrüfatında davamlı artımın təmin edilməsi üçün dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından daha səmərəli istifadə olunması, intensiv metodların və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yeni komplekslərin yaradılması nəzərdə tutulur.

Nazir deyib ki, sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

Tarix
2016.12.07 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla