Yuxarı

ADY və DİN bu tikililərin qarşısını alacaq

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY və DİN bu tikililərin qarşısını alacaq

Mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri xətlərinin və digər xətti qurğuların dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla yol veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən bu sahədə səlahiyyət əvvəllər Nəqliyyat Nazirliyinə məxsus olub. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotu da artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq. Eyni zamanda bundan sonra Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi deyil, “Azərbaycan Dəmir Yolları” QSC ilə Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edəcək, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alacaqlar.

Tarix
2016.12.07 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla