Yuxarı

SOCAR-a məxsus liman ilk gəmisini qəbul etdi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-a məxsus liman ilk gəmisini qəbul etdi

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda tikdiyi “Petlim” konteyner limanının idarəçisi Hollandiyanın “APM Terminals” şirkəti ilk gəmini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, “Maersk Bulan” adlı konteyner gəmisi limana çatıb və əməliyyatlara başlanılıb.

Xatırladaq ki, dekabrın 5-də “Petkim PetroKimya Holding A.Ş.” şirkəti öz törəməsi “Petlim Limancılık Ticaret A.Ş.”nin ümumilikdə 1,5 milyon TEU tutumu olan konteyner terminalının 800 min TEU-luq ilk fazası başa çatdırıldığını və fəaliyyətə başlaması üçün limanın sahibi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş” ilə razılığa gəlindiyini açıqlayıb. Liman bu həftə əməliyyatlara başlayıb.

Qeyd edək ki, hazırda terminalın ikinci fazası üzrə tikinti işləri davam etdirilir. Bu mərhələ tamamlandıqdan sonra “Petlim”in ümumi tutumu 1,5 milyon TEU təşkil edəcək. “Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi STEAŞ-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində “APM Terminals” şirkəti idarə edəcək.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Tarix
2016.12.07 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla