Yuxarı

Universitet bufetlərində qiymətlər od tutub yanır - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitet bufetlərində qiymətlər od tutub yanır - Video

Tələbə həyatı. Hamı təsdiqləyər ki, tələbənin cibi o qədər də dolu olmur. Yəni istədiyi kimi yeyə, geyinə bilmir. Hələ bir də bunun kitab-dəftər, kirayə qalmaq kimi xərcləri var. Digərləri bir kənara, ən vacibi tələbənin yaxşı qidalanmasıdır ki, zehni yaxşı işləsin. Bəs görəsən tələbənin vaxtının ən çox keçdiyi universitetlərdə bufetlərin vəziyyəti və qiymətlər necədir?

Tələbələr universitetlərdəki bufetlərdə qiymətlərin yüksək olmasından narazıdır. Deyirlər ki, çöldə satılan məhsullar bufetdə bir qədər baha təqdim olunur. Halbuki tələbələrə təqdim olunan xidmətlər universitet daxilində daha ucuz olmalıdır.

Tələbələr deyir ki, bu qiymətlər onlara sərf etmədiyindən çox zaman ya evdən özləri ilə yemək gətirirlər, yaxud da çıxıb kənardan alırlar.

Bir neçə təhsil ocağının bufeti və qiymətlərlə maraqlanmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Yalnız bir universitet həm bufeti, həm də qiymətləri haqda məlumat verdi.

Marketoloq Yusif Vəliyev isə təklif edir ki, əgər tələbələr daha ucuz xidmət tələb edirsə, bu zaman universitetlər bufetlərini hazırki icarədardan alaraq, yemək xidməti ilə məşğul olan şirkətlərə həvalə edə bilər. Hazırda ölkədə yemək xidməti göstərən şikətlər hədsiz çoxdur və onlar maksimum ucuz qiymətə işləyirlər.

Yəqin ki, universitetlər bu təklif üzərində düşünməyə razı olar.

Axar.az Xəzər xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Tarix
2016.12.08 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla