Yuxarı

İnternetlə bağlı problem aradan qaldırılır - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternetlə bağlı problem aradan qaldırılır - Foto

Son vaxtlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan “Bakinternet” provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər tərəfindən müraciətlər olunur. Abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.

BTRİB-dən Axar.az-a verilən məlumata görə, qurum daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir.

Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.

Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir. BTRİB yaranan müvəqqəti narahatlığın abunəçilərin daha keyfiyyətli xidmət almasına yönəldiyini bir daha istifadəçilərin diqqətinə çatdırır və onların istənilən sualla bağlı “155 Çağrı Mərkəzi”nə müraciət edə biləcəyini bildirir.

Qeyd edək ki, BTRİB-in xidmət ərazisində 17 736 ədəd kabel-kanal quyusu mövcuddur. Artıq 7 459 quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

Tarix
2016.12.09 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla