Yuxarı

Təhsil Nazirliyi Gürcüstandakı məktəblərə dərslik göndərdi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil Nazirliyi Gürcüstandakı məktəblərə dərslik göndərdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblər üçün dərsliklər göndərilib.

APA-nın məlumatına görə, dərsliklərin təhvil verilməsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Kamil Həbibzadə və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva iştirak edib.

S. Ağayeva dərsliklərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulduğunu bildirib: “Bu, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan dövlətinin soydaşlarımıza göndərdiyi hədiyyədir. Son üç ildə Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 56,915 ədəd təşkil edən “Azərbaycan dili”, “Ədəbiyyat” dərslikləri və müəllimlər üçün nəzərdə tutulan metodik vəsaitlər səfirlik vasitəsilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təhvil verilib”.

K. Həbibzadə isə Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər gətirdiklərini, Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim etdiklərini bildirib.

Qeyd edək ki, dərsliklər Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün nəzərdə tutulub. Yaxın günlərdə bütün dərsliklər siyahı üzrə azərbaycandilli məktəblərə paylanacaq.

Tarix
2016.12.27 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Rəsmi Bakıdan Gürcüstan Patriarxlığına çağırış

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla