Yuxarı

Qaz təchizatında problem olmayacaq - SOCAR

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaz təchizatında problem olmayacaq - SOCAR

Bir magistral qaz kəmərinin istismarının dayandırılması respublikanın təbii qaz təchizatında problem yaratmayacaq. Qəza baş vermiş magistral qaz kəmərinin bərpasının isə 2 günə tamamlanması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə deyib.

“Yanğın baş verən hissə yaşayış məntəqələrindən 800-1000 metr uzaqlıqda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Hazırda həm “Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanması həyata keçirilir”, - deyə N.Səmədzadə əlavə edib.

Qeyd edək ki, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 millimetrlik magistral qaz kəmərində yanğın baş vermişdi. Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdü. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunmuşdu. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaratmışdı. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdü.

SOCAR, Fövqəladə Hallar Nazirliyi və “Azərenerji” mütəxəssislərinin birgə səyləri və görülən operativ tədbirlər nəticəsində magistral qaz kəmərində baş vermiş yanğın artıq söndürülüb. Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb. Abşeron yarımadasına təbii qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.

Tarix
2016.12.27 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla