Yuxarı

Yeni rezident şirkət fəaliyyətə başlayır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni rezident şirkət fəaliyyətə başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan şirkəti olan "CRM GROUP" MMC hazırda Azərbaycana idxal olunan məhsulların yerli əvəzedicilirərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İT proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.

"CRM GROUP" MMC şirkətinin məqsədi Azərbaycan və regional İT bazarının tələblərinə əsasən yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin İT innovasiyaların "Made in Azerbaijan" brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.

Şirkətin təqdim etdiyi "CRM İT İNNOVATİON PRODUCTS" layihəsinin Pirallahı adasında Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.

Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilə qədər Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribyutoru olması, həmçinin İT proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı yerli İT şirkətləri ilə yanaşı innovativ startap lahiyələrə daimi olaraq dəstək verməkdədir.

Tarix
2016.12.27 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla