Yuxarı

Bakıda tikilən sosial mənzilləri kimlər ala bilər? - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tikilən sosial mənzilləri kimlər ala bilər? - Video

Artıq kompleksin ərazisində 9 mərtəbəli yaşayış binasının və məktəbin tikintisi aparılır. Üstəlik, 2019 cu ildən etibarən hər il, 3 min sosial mənzilin təhvil verilməsi nəzərdə tutulur. Kimlər burada mənzil sahibi ola bilər?

Xəzər xəbər-in məlumatına görə, belə layihələrdə evlərin satılması zamanı gənc ailələrə üstünlük veriləcək. Belə ki:

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

- Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxs;

Bundan başqa, gənc ailə olub-olmamasından aslı olmayaraq:

- ən azı 15 il dövlət qulluğunda qulluq edən;

- ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan;

- elmlər doktoru elmi dərəcəsi olan;

şəxslər də bu layihədə məznil almaq hüququna malikdirlər.

Sosial evlər üçün müraciət elektron hökumət portalından 2017-ci ilin mayın 1-dən etibarən həyata keçiriləcək. Hər il 3 min belə mənzilin təhvil verilməsi gözlənilir ki, bu, illik təlabatın 10 faizi deməkdir.

Belə binalarda mənzil əldə edən şəxslər həmin mənzilləri 3 il ərzində nə sata, nə də kirayə verə biləcəklər.

Tarix
2016.12.29 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla