Yuxarı

Nazirlik bu kursu niyə ləğv etdi? - Açıqlama

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu kursu niyə ləğv etdi? - Açıqlama

Təhsil Nazirliyi ikinci yarımildən məktəblərdə dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinin dayandırılmasının səbəbini açıqlayıb.

APA-nın xəbərinə görə, Nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hazırda məktəblər çox yüklənir və nəticədə tədris planı ağırlaşır. Onun sözlərinə görə, son nəticədə şagirdlərin mənimsəmə keyfiyyətinə təsir edir: “Bu səbəbdən fakültativ məşğələlərin bir müddət məhdudlaşdırılması, şagirdlərə daha çox tədris üçün vaxt ayrılması, onların dərsə hazırlaşması üçün əlavə vaxtın verilməsi ilə bağlı müəyyən addımlar atılıb. Bu prosesə növbəti ildən-ikinci yarımildən başlanılacaq”.

F.Qədirov vurğulayıb ki, indiyə qədər fakültativ məşğələlərin tədrisi ənənəvi olaraq aparılıb. Onun sözlərinə görə, bir çox halda onların keyfiyyəti ilə bağlı problemlər və suallar mövcud idi. Aparat rəhbərinin müavini vurğulayıb ki, bu məsələlər yalnız “Həyatı bacarıqlara əsaslanan təhsil” üzrə fakültativ kursa deyil, məktəblərdə tədris edilən çoxlu sayda fakültativ dərsə aiddir.

Tarix
2016.12.29 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla