Yuxarı

Fermerlərin sərgi-yarmarkası keçirildi - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fermerlərin sərgi-yarmarkası keçirildi - Foto

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsi həyata keçirilib.

Axar.az xəbər verir ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda yerli məhsullara olan tələbatı və həmçinin gənclərin kənd təsərrüfatı sahəsinə marağı artırmaqdır. Layihə özündə İsmayıllı, Beyləqan, Xızı rayonlarını əhatə edir. Həmin regionlar üzrə aparılmış işlərin son nəticəsi olaraq 29 -30 dekabr 2016–cı il tarixində “Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı” sərgi yarmarkası təşkil olunub.

Yarmarkada Beyləqan, Xızı, İsmayıllı rayonlarının kiçik biznes ilə məşğul olan fermerləri öz məhsullarının sərgi və satışını həyata keçirir.

Sərgi-yarmarkada Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, SinerjiPro və CDB Bank şirkətlərinin nümayəndələri iştrak ediblər.

Həmçinin layihə üzrə Xızı, İsmayıllı, Beyləqan rayonlarında fermerlərlə görüşlər keçirilib. Kənd təsərrüfatında kiçik bizneslə məşğul olan fermerlərə marketinq fəaliyyəti, məhsulların rəqabət qabiliyyətinin artırılmasına dair məlumatlar verilib. Yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması üçün qablaşdırılmanın əsas ünsür olduğu vurğulanırıb.

Aparılmış sorğular nəticəsində məlum olub ki, 3 region üzrə fermerlərin əksər hissəsi birgə təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Cüzi bir hissə isə bu təsərrüfatların necə aparıla biləcəyinə dair tam bir fikrə sahib olmadıqlarını bildiriblər. Fermerlərin qarşılaşdığı digər bir problem isə onların istehsal etdikləri məhsulların satışı ilə bağlıdır.

Sorğuların digər nəticəsi fermerlərin təklifləri ilə bağlıdır. Təkliflərdən belə qərara gəlinib ki, 3 region üzrə fermerlər öz məhsullarını təhvil vermələri üçün tədarük ambarlarının yaradılmasını istəyir. Buna səbəb məhsullarının həmin ambarlar tərəfindən tam alınması və bazarlara paylanılmasıdır. Bununla fermerlər hal-hazırda arada vasitəçi rolunu oynayan alverçilərin məhsulların qiymətlərini suni şişirtmələrinin qarşısını almaq və daha çox məhsul satışını realizə etmək istədiklərini bildirirlər.

“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi ümumilikdə özündə 150 nəfər fermer və gənci əhatə edib.

Tarix
2016.12.30 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla