Yuxarı

Bu ölkə Azərbaycanla hava əlaqələrinin bərpasından danışdı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Azərbaycanla hava əlaqələrinin bərpasından danışdı

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidentinin mətbuat katibi Şahid Xan ilə görüşüb.

Axar.az xəbər verir ki, səfir Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərləri qeyd edib, hər iki ölkənin bütün məsələlərdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biri-birini dəstəklədiyini bildirib.

Səfir İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu vurğulayıb, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Ə.Əlizadə həyata keçirilən qarşılıqlı səfərlərdən sonra ümumilikdə əlaqələrin daha da canlandığını qeyd edərək, növbəti il ərzində də bir çox qarşılıqlı səfərlərin və birgə layihələrin baş tutacağını bildirib.

Şahid Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirərək, Pakistan Prezidentinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edib, Azərbaycanı da əhatə edən İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrin əhəmiyyətini daha da artıracağını söyləyib, Azərbaycanla Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Tarix
2016.12.30 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla