Yuxarı

Millət vəkili: Bu əmələ görə cəzalar sərtləşməlidir - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: Bu əmələ görə cəzalar sərtləşməlidir - Video

Ötən gün Milli Məclidə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” ,”Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında” qanunlara əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu dəyişikliklər və əlavələr çox vacib və zərudidir və onları dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bununla belə, millət vəkili bu qanunların praktik tətbiqində daha ciddi tədbirlər görülməsinin vacibliyini önə çəkib.

”Hesab edirəm ki, qanunların həyata keçirilməsi istiqamətində müvafiq qurumlarım məsuliyyəti, qanunun yerinə yetirilməməsi zamanı cəzaların sərt olması, qanunların həyata keçirilməsinə nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə böyük ehtiyac var. Çünki qəbul edilən bir sıra qanunların bəzi maddələrinə illərdir ki, əməl olunmur. Buna görə məsuliyyət və cəza mexanizmlərinin sərtləşməsi ilə bərabər, bu qanunların həyata keçirilməsinə nəzarət mexanizmlərinin də güclənməsi lazımdır. Məsələn, elə götürək “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası qanununu. Orada deyilir ki, məktəblərə yaxın ərazilərdə siqaretin satışı, reklamı olmaz, 18 yaşına qədər uşaqlara siqaret satılması qadağandır və s. Amma təəssüf ki, qanunun bu maddələr real həyatda işləmir. Ona görə də bu gün bir sıra qanunlara etdiyimiz əlavə və dəyişikliklərin çalışması üçün mexanizmlər, məsuluyyət və cəzaların sərtləşdirilməsi də öz əksini daha ciddi şəkildə tapmalıdır. Qəbul olunan qanunların tam yerinə yetirilməsi çox vacib məsələdir”, - Qənirə Paşayeva bildirib.

Tarix
2016.12.31 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla